Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşasının ictimai baxışı keçirilib. SİA-nın məlumatına görə, Pərvin Nurəliyevanın səhnələşdirdiyi xalq nağılı "Qoğalın sərgüzəştləri" əsasında hazırlanmış bir hissəli nağıl müzikl nənənin bişirdiyi qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edir.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir.
Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandırıblar.
Qeyd edək ki, teatrın yeni – 87-ci mövsümünün ilk yeni tamaşası da məhz "Qoğalın sərgüzəştləri" müziklı olacaq. Yeni tamaşanın premyerası oktyabr ayının 11-i və 12-də saat 12.00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB