Ağdaşda Ulu öndərin hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunan konsert keçirilib
Ağdaş rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə möhtəşəm bayram konserti keçirilib. SİA-nın məlumatına görə, rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət kollektivlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə müxtəlif janrlarda musiqi nömrələri ilə yanaşı Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib. Bayram konsertində həmçinin dahi şəxsiyyətin hakimiyyətə gəldiyi tarixi dövr, Azərbaycanın o vaxtkı vəziyyəti və 1969-1982-ci illərdə, eləcə də 1993-cü ildən başlayaraq respublikamızın hal-hazırda keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən və bu işlərdə ulu öndər Heydər Əliyevin eləcə də onun layiqli davamçısı prezidentimiz İlham Əliyevin müstəsna rolu qeyd olunub. Yüksək səviyyədə təşkil olunmuş tədbirdə mədəniyyət işçilərilə yanaşı rayon rəhbərliyi eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB