“Yuğ”un “Fəna”sı və ya özünütanıma

“Yuğ”un “Fəna”sı və ya özünütanıma

Azərbaycan Dövlət "Yuğ" Teatrında Orxan Fikrətoğlunun "İtki" hekayəsi əsasında hazırlanmış "Fəna" tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, teatrın istedadlı gənclərindən Mir Sahibin quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Əməkdar Rəssam Rəşid Şerifdir.

Bu səhnə əsərində baş verən hadisələr birbaşa insanla, onun daxili məni ilə bağlıdır. Tamaşada vurğulanır ki, insan bütöv bir həqiqətin zərrəsidir. Bunu istəsə də istəməsə də insan o həqiqətə bağlıdır. Bu həqiqətin insandakı təzahürü vicdan, mənəviyyat, ruh və ya fitrət adlanır. Bəşər övladı yarandığı gündən həqiqətə qayıdış yolunda vasitəçi olan, təmiz fitrətə ya müdaxilə edir, ya da müdaxilə təhlükəsi ilə yaşayır. Fitrətə müdaxilə etməmək və ya bu təhlükədən amanda qalmaq üçün insan daim özünü islah və özünütanıma prosesini yaşamalıdır. Əgər belə olmasa o, fəna məqamına yüksələ bilməz.

Musiqi tərtibatı Amid Qasımov və İffət Əsgərova aid səhnə əsərində teatrın aktyorları Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev və Novruz Novruzlu iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə