Azərbaycan sənətçisi Türkiyədə tamaşa hazırlayacaq

Azərbaycan sənətçisi Türkiyədə tamaşa hazırlayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyə Cumhuriyyətindən dəvət alıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dəvət məktubu Türkiyə Cumhuriyyəti Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

İstedadlı aktrisa və yazar Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq.

Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyə Cumhuriyyətinə yola düşəcək.

Qeyd edək ki, 30 illik tarixə malik Antaliya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə