İsmayıllılıda Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illiyi qeyd edilib
İsmayıllıda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45 illiyi kütləvi tədbirlərlə qeyd edilib. SİA-nın məlumatına görə, milli bayram kimi qeyd edilən 14 iyul gününün təntənəsi qədim Lahıc qəsəbəsindən başlayıb.
Qəsəbənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev küçəsində əsl bayram əhval-ruhiyyəsi yaşandı. Ümummilli lider Heydər Əliyev 1981-ci il iyulun 22-də İsmayıllıya səfər edərkən Lahıc qəsəbəsinə yol çəkilişi ilə əlaqədar sakinlərin müraciəti, bununla bağlı Ulu Öndərin verdiyi operativ tapşırıqlar, cəmi bir il ərzində çətin dağ yolunun çəkilişi bu gün də insanlar tərəfindən hədsiz hörmət və məhəbbətlə xatırlanır.
Qəsəbədə olan çoxsaylı turistlərin də qatıldığı şənliklərdə yerli sənətkarların ifasında geniş bayram konserti olub.
Lahıc qəsəbə tam orta məktəbinin həyətində, açıq havada keçirilən toplantıda rayon rəhbərləri, ziyalılar, ağsaqqallar çıxış edərək 1969-cu ilin iyulun 14-də respublikamızın həyatında böyük tarixi hadisə baş verdiyini vurğuladı, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıblar.
İsmayıllıdakı Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi də məhz bu tarixi günə həsr olunub. Tədbirdə Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişi, xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı danışılıb.
İştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxıblar.
Axşam böyük konsert oldu. 16 yaşlı yeniyetmələr arasında keçirilən respublika şahmat spartakiadasının 500 nəfərdən çox iştirakçısı da şənlikdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB