Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan "Qobustan" sənət toplusunun 2014-cü ildə ikinci nömrəsi "Apostrof" nəşrlər evinin mətbəəsində çapdan çıxıb. SİA-nın məlumatına görə, min nüsxə tirajla çap olunmuş jurnalda tanınmış ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, sənətdə yeni addımlarını atan şair, yazıçı və tərcüməçilərin, eyni zamanda, türk və digər xarici ölkələr ədəbiyyatı nümayəndələrinin əsərləri dərc olunub.
Jurnalın ilk səhifəsində "Ön söz" rubrikasında toplunun baş redaktoru Vaqif Əlixanlının "Qırx sətir" sərlövhəli yazısı dərc edilib.
Dahi ingilis dramaturqu Vilyam Şekspirin anadan olmasının 450 illik yubileyi ilə əlaqədar ədibin yaradıcılığından tərcümələr, ustad yazıçı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə bağlı ədəbiyyat, incəsənət xadimlərinin xatirələri, türk ədəbiyyatından nümunələr, tanınmış kinorejissor, xalq artisti Tofiq İsmayılovun 75 illik yubileyi münasibətilə onunla müsahibə, "Teatr, pərdə arxası" rubrikasında xalq artistləri Barat Şəkinskaya və Möhsün Sənani haqqında və digər sənət adamlarından bəhs edən materiallar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB