Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Sərvər Əliyevin səhhəti pisləşib. Bu barədə SİA-ya aktyorun özü məlumat verib: "Son zamanlar çox əsəbləşirəm. Bu da mənim səhhətimə öz mənfi təsirini göstərir. Şəkərim qalxıb. Dünən də bununla əlaqədar olaraq həkimə getdim. Həkimlər mənə sistem, iynə və dərmanları qəbul etməyi tapşırdılar. Hələ ki, müalicəmi ev şəraitində davam etdirirəm. Onu da deyim ki, şəkərimin yüksəlməsi ürəyimə də problem yaradır. Ancaq inamımı itirmirəm. Bilirəm ki, hər şey yaxşı olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB