Tarixə gəlişin ilk addımları

Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə "Tarixə gəlişin ilk addımları" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xətai rayon MKS-nin şöbə müdirləri Ruqiyyə Mövsümova, Rəmziyyə Əliyeva, kitabxananın fəal oxucuları ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin tarixindən söz açıblar.

Diqqətə şatdırılıb ki, Ümummilli lider Heydər Əliyev doğma Vətəni Azərbaycana və millətinə qəlbən bağlı, onları ürəkdən sevən və respublikamızın yüksəlişi üçün fədakarlıq göstərən dahi rəhbər olub. Ulu Öndərin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində respublikamız nəinki yüksək göstəricilərə nail olub, həm də dünyada tanınmış və özünün indiki müstəqilliyini təmin edib.

Qeyd edək ki, tədbirdə mövzu çərçivəsində sərgi də nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə