Lənkəran şəhərində İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm şöbəsinin, Heydər Əliyev Mərkəzinin və Mərkəzi kitabxananın təşkilatçılığı ilə baş tutan tədbirdə "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli 220 nömrəli Sərəncamının əhəmiyyəti xüsusi vurğulanıb. Diskussiya şəklində keçən tədbirdə Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva, Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri İltifat Saleh, şair Ağamir Cavad, Tarix-diyarşünaslıq muzeyinin direktoru Ülviyyə Əliyeva, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Xuraman Quliyeva və digər natiqlər çıxış edərək İlyas Əfəndiyevin həyat və yaradıcılı haqqında geniş məlumatlar veriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB