Xanım Qafarova vəfat etdi

Uzun müddət xərçəng xəstəliyindən sonra Azərbaycanın əməkdar artisti Xanım Qafarova dünyasını dəyişib. Aktrisanın bacısı SİA–ya verdiyi məlumatda bildirib ki, Xanım Qafarova bu dəqiqələrdə vəfat etdi: "Səhhətində ciddi problemlər yaranmışdı. Həkimlərin səyinə baxmayaraq, onu sağalda bilmədilər. Xanım İsrailə getmək istəyirdi, bu da ona qismət olmadı, dünyasını dəyişdi".

Qeyd edək ki, Xanım Qafarova ötən gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müalicə olunmaq üçün İsrailə gedəcəkdi.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə