Azərbaycan Dövlət Musiqili Teatrının 104-cü mövsümü başa çatıb. SİA-nın məlumatına görə, bununla bağlı bü gün teatrda keçirilən yığıncaqda teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünasılıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev arxada qalan mövsümün uğurları, maraqlı tamaşalarla yadda qalması barədə söhbət açdı, yol verilmiş nöqsanlardan danışıb. Direktor 105-ci mövsümdə görüləcək işlər, yaradıcılıq planları barədə də söhbət açdı, hər kəsə gözəl istirahət arzulayıb.
Nəzərinizə çatdıraq ki, iyulun 15-dən etibarən teatrın bütün kollektivi məzuniyyətə çıxır. Yeni teatr mövsümünün açılışı hər il olduğu kimi, bu dəfə də 18 sentyabr – Milli Musiqi günü böyük Üzeyir Hacıbəylinin "Ər və arvad" komediyası ilə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB