Bakı Uşaq Teatrının kollektivi Türkiyə səfərindən qayıdıb FOTOLAR

Bakı Uşaq Teatrının kollektivi Türkiyə səfərindən qayıdıb FOTOLAR

Bakı Uşaq Teatrının kollektivi Türkiyə səfərindən qayıdıb. SİA-nın məlumatına görə, Türkiyə Cümhuriyyətinin qonağı olan teatr  Ramazan bayramı günlərində təşkil olunmuş bayram tədbirlərində iştirak edib. Merzifon, Gerze, Sinop şəhərlərində uğurla çıxış edən kollektiv Türkiyədə keçirilən bayram coşğusuna qatılıb. Tədbirlərdə müxtəlif nağıl qəhrəmanlarımızın personajlarını canlandırmış,  Tofiq əminin illiuziya nömrələri nümayiş olunub, qiymətli incilərimizdən biri olan muğam nömrələri ilə çıxış ediblər. 

Qeyd edək ki, teatr 12-ci mövsümünü 19 iyun Şüvəlan mədəniyyət evində "Xaşxaşın göz yaşı" adlı tamaşası ilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə