Bu günlərdə "Keçmişdən Günümüzə DƏYƏRLƏRİMİZ" adlı kitab "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu"nun maliyyə yardımı ilə "Könüllü Gənclər" İctimai Birliyinin həyata keçirdiyi "Qloballaşan dünyada milliləşən gənclik" layihəsi çərçivəsində hazırlanmış və çap edilib. SİA-nın məlumatına görə, "Könüllü Gənclər" İctimai Birliyi gənclərin milli ruhda yetişmələrinə, eləcə də onların gələcək həyatında milli-mənəvi dəyərlərin özünəməxsus yeri olması məqsədilə "Qloballaşan Dünyada Milliləşən Gənclik" layihəsinə start verib. Layihə çərçivəsində birlik orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinə (10 və 11-ci siniflər) və universitet tələbələrinə milli-mənəvi dəyərlərimiz mövzularında müxtəlif seminar və treyniklər verməklə gənclərin milli ruhda inkişafına, onların bu dəyərlənindən istifadə edərək gələcək həyatlarının hər pilləsində uğur əldə etmələrinə və milli dövlətçilik ənənələrinə sadiq qalmalarına istiqamət verəcək. Gənclərə qarşılaşa biləcəkləri bütün sahələrdə, sosial şəbəkələrdə və əcnəbilərlə ünsiyyətdə onlarla iş birliyində öz milli mintalitetimizə uyğun davranma və istifadə qaydaları, məktəb, universitet və iş həyatlarında milli kimliyimizə bağlılıq və bu kimi mövzularda seminarlar təşkil olunacaq. Bunlara əlavə olaraq həmçinin, bu mövzuda daha çox gəncin bilgilənməsinə kömək edə biləcək. "Keçmişdən Günümüzə DƏYƏRLƏRİMİZ" adlı kitab çap edilib və gənclər arasında yayılması da nəzərdə tutulub.
Qeyd edək ki, kitabın müəllifi araşdırmaçı-yazar Eldar Kərimov, məsləhətçisi "Könüllü Gənclər" İctimai Birliyinin sədri Namiq Sərdarov, redaktoru isə Mətanət Kərimovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB