Azərbaycan Dövlət Musiqili Teatrında "Qızıl toy" operettasına daxili baxış keçirilmişdir. Teatrın mətbuat xidmətindən bildirmişlər ki, bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydər olan səhnə əsərinin quruluşçu rejissoru Yusif Əkbərovdur.
Tamaşa haqqında fikirlərini bölüşən Yusif Əkbərov demişdir ki, müasir zaman üçün aktual olan bu əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır. Tamaşada da insanlara bunu aşılamağa çalışmışıq. Əminəm ki, ictimai baxış uğurla keçən "Qızıl toy" tamaşaçılar tərəfindən seviləcəkdir.
Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə Xəlilovadır.
Səhnə əsərində əsas rolları əməkdar artistlər Nahidə Orucova Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Gültac Əlili, Elvin Əliyev və başqaları canlandırmışlar.
Bu mövsümün sonunda təhvil verilən tamaşanın, gələn mövsümdə ilk premyerası olacaqdır.
Xatırladaq ki, "Qızıl toy" tamaşası Musiqili Teatrda sayca üçüncü səhnə həyatını yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB