“Üstünlük” Nizami Kino Mərkəzinin ekranında FOTO

“Üstünlük” Nizami Kino Mərkəzinin ekranında FOTO

Nizami Kino Mərkəzində iyulun 10 –dan etibarən "Üstünlük" və "Baş itirməк üçün milyon üsul" adlı filmlərin nümayişinə başlayıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rejissor Uolli Pfisterin döyüş, dram, triller, fantastika janrında çəkdiyi "Üstünlük" filmi  kompyuter dahisi, alim Uillin həyatından bəhs edir. Beynini superkompüterə yerləşdirən Uill insan kimi fikirləşən maşın yaratmaq istəyindədir. Ekstremistlər onun apardığı elmi təcrübələrin qarşısını almaq niyyətindədir. Amma, Uilli məhv etmək cəhdləri əks nəticələr verir və onun daha güclü olmağına gətirib çıxarır. 

Rollarda məhşur aktyor Conni Depp, Keyt Mara, Morqan Friman, Rebekka Xoll, Killian Merfi, Pol Bettani, Koul Xauzer, Klifton Kollinz k., Coş Stüart, Kori Xardrikt və başqaları çəkiliblər. 

"Baş itirmək üçün milyon üsul" filmi ABŞ kinematoqrafçılarının istehsalıdır. Rejissor və baş qəhrəman rolunun ifaçısı  Set MakFarleyn bu filmi  vestern və komediya janrında  çəkib.  Kübarlıq və alicənablıqdan uzaq olan kiçik  şəhərin sakinləri heç isti suyun olduğundan belə xəbərləri yoxdur. Nə etmək olar ki, hətta belə cəmiyyətdə də sevgi alovu alışa bilər. Atışma zamanı  qorxmuş  Alberti sevgilisi tərk edir. O, rastlaşdığı məşhur banda başçısının xanımından güllə atmağı öyrənmək təklifini alır. Əla güllə atmağı öyrənən baş qəhrəman əsl kişi olduğunu sübut etmək və sevdiyi qızı qaytarmaq üçün fürsət axtarır. Rollarda Şarliz Teron, Amanda Sayfred, Liam Nison, Nil Patrik Xarris, Covanni Ribizi, Sara Silverman, Ues Styudi, İven Cons, Dennis Xeskins və başqaları çəkiliblər. 

Qeyd edək ki, komediya janrını sevən tamaşaçılar bu filmi məmnuniyyətlə izləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə