Bu günün tarixi

Miladi: 10 iyul 2014

Hicri: 11 Ramazan 1435

İlin 191-cı günü

İlin sonuna 174 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04:50

Günəş - 06:19

Zöhr - 13:50

Əsr - 18:28

Məğrib – 21:29

İşa – 23:14

1509-cu ildə fransız ilahiyyatçı Jan Kalvin dünyaya gəlib

1835 - Görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani (1835-1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, "Əkinçi", "Ziya" qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.

1900-cü ildə Paris metrosu açılıb

1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər.

1932 - Akademik, fizika-riyaziyyat elmləri doktoru Məhəmməd Şahtaxtinski anadan olub. Bərk cisimlər (polad) fizikasına aid tədqiqatları iqtisadiyyatda geniş tətbiq olunur, elmi nailiyyətləri ilə xaricdə tanınıb.

1934 - Riyaziyyatçı alim, pedaqoq Zahid Qaralov anadan olmuşdur. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

1957-ci ildə rus aktyor Yuri Stoyanov anadan olub

1969-cu ildə rəssam Cəbrayıl Əzimov vəfat edib

1976-cı ildə braziliyalı futbolçu Edmilson dünyaya gəlib

1977-ci ildə türk aktyor Sinan Tuzcu anadan olub

1992-ci ildə Azərbaycan Respublikası Kanada ilə diplomatik əlaqələr qurub

2006-cı ildə çeçen komandir Şamil Basayev vəfat edib

Bütün xəbərlər Facebook səhifəmizdə