Mehriban Əliyeva Xanım Qafarovanı müalicə üçün İsrailə göndərir FOTO
Son günlər səhhəti yenidən ağırlaşan tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın müalicəsi İsraildə davam etdiriləcək. Bu barədə SİA-ya əməkdar artistin özü məlumat verib: "Bildiyiniz kimi son zamanlar səhhətim daha da pisləşmişdi. Müalicə üçün dəfələrlə Türkiyəyə getdim. Ancaq son çarə kimi həkimlər İsrailə getməyi məsləhət gördülər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş verib. Fondun nümayəndələri mənə dedilər ki, hazırlaşın, bu dəfə müalicə üçün İsrailə göndəriləcəksiniz. Bu xəbəri eşidib çox sevindim. Mehriban xanım bundan əvvəl də üç dəfə məni Türkiyəyə müalicəyə göndərmişdi və səhhətimdə ciddi irəliləyiş yaranmışdı. İnşaallah sağalıb yenidən tamaşalarımla izləyicilərin qarşısına çıxacam. Onu da diqqətinizə çatdırım ki, mətbuatda oxudum ki, qızımın da təhsilini Mehriban Əliyeva üzərinə götürüb. Amma bununla bağlı mənə məlumat verilməyib. Yalnız müalicəm barədə danışıqlar olub".
Qeyd edək ki, əməkdar artist Xanım Qafarova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB