Norveçin Stavanger şəhərində Ümumdünya Usta Aşpazlar Birlikləri Assosiasiyasının konqresi keçirilib. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, konqresdə 1300 usta aşpaz və Ümumdünya Usta Aşpaz Birlikləri Assosiasiyasının 100-dən çox üzvü iştirak edib.
Konqresdə Azərbaycanı Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, YUNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, dörd gün davam edən konqres çərçivəsində konfranslar, seminarlar, dequstasiyalar, ölkələrin təqdimatları olub, habelə usta və gənc aşpazlar arasında dünya çempionatının finalı keçirilmiş, hər bir iştirakçının ustalığı və istedadı qiymətləndirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB