“Şeir vaxtı” adlı səsli kitab çapdan çıxıb

“Şeir vaxtı” adlı səsli kitab çapdan çıxıb

Tanınmış ictimai xadim, şair Musa Urudun "Şeir vaxtı" adlı yeni səsli kitabı oxucuların və dinləyicilərin ixtiyarına verilmişdir. Səsli kitabda şairin son vaxtlarda yazılmış şeirləri toplanmışdır. Əməkdar Artist Azad Şükürovun, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızının və şairin öz ifasında səsləndirilmiş şeirlər böyük maraq doğurur.

Səsli kitabda "Nə olar", "Sən mənim ömrümə qayıdacaqsan", "Məndən sonra", "Mən bir tənha ağacam", "Məni namərd eləməyin", "Tərəzi", "Heç nə", "Allah umuduna yurdmu qoyarlar" və digər şeirlərdə əslən Qərbi Azərbaycanın Urud mahalından olan şairin yurd, Vətən həsrəti, lirik nisgilli ovqat və doğma torpağa qayıdış hissi tərənnüm olunmuşdur.

Səsli kitabın redaktoru Qulu Ağsəs, səs rejissoru Faiq Babayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə