Azərbaycan XX ənənəvi Dunay mahnı və rəqs festivalında böyük uğurla təmsil olunub FOTOLAR

Azərbaycan XX ənənəvi Dunay mahnı və rəqs festivalında böyük uğurla təmsil olunub FOTOLAR

İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilib. SİA-nın məlumatına görə, dünyanın 10-dan çox ölkəsindən 30-a yaxın milli rəqs ansamblının iştirakı ilə keçirilən festivala Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanı bu populyar mədəniyyət bayramında təmsil etmiş Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, habelə folklor nümunələrinin təqdimatını keçirib.

Festivalda Azərbaycan təmsilçiləri öz fəallığı ilə seçilib, onların iştirakını eyni anda 3 minə yaxın insan izləyib.

Kaloça şəhərinin meri Ferents Terek ölkəmizin "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblına şəxsən öz təşəkkürünü bildirib, nümayiş olunan Azərbaycan rəqslərinin tamaşaçıları valeh etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə