Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, həmin sərəncamın icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən Nazirliyin dəstəyi ilə 7 dildə (italyan, çex, alman, yapon, ispan, tacik, urdu) akademik Rafael Hüseynovun "Məhsəti Gəncəvi" portret-oçerki işıq üzü görüb. Kitablarda şairənin həyat və yaradıcılığından bəhs edilir, rübailərindən parçalara yer verilir.
Portret-oçerk daha öncə də bir sıra xarici dillərdə nəşr olunub və ötən il 16 may tarixində Paris şəhərində YUNESCO-nun Baş qərargahında keçirilmiş yubiley tədbiri zamanı iştirakçılara təqdim edilib.
Qeyd edək ki, "Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitablar Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB