Nazir: “Əsas məqsədimiz turistlərin sayını 4 milyona çatdırmaqdır”

Nazir: “Əsas məqsədimiz turistlərin sayını 4 milyona çatdırmaqdır”

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb. SİA-nın məlumatına görə, nazir jurnalistlərə müsahibəsində sahibkarlara daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib: "Onu da etiraf etməliyik ki, bəzi sahibkarlar lazımi qədər məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik. Ötən il təxminən 6-7 şirkətin və otelin lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır. Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün mehmanxanalar lisenziyalaşdırılmış olsun. Bəzən mətbuatdan turistlərin ölkəmizə az gəldiyini oxuyuram. Həmçinin qiymətlərin də çox baha olduğunu vurğulayırlar. Onu demək istəyirəm ki, qiymətləri biz müəyyənləşdirmirik. Bazar iqtisadiyyatı olduğuna görə sahibkarlar qiymətləri özləri tənzimləyirlər. Ancaq onu deyim ki, son iki ildə ötən illə müqayisədə qiymətləri 20% endirməyə nail olmuşuq və hələ də heç bir artım müşahidə olunmur. Biz 2001-ci ildə 400 min turist qəbul edirdiksə, indi 2 milyon yarımdan çox ölkəmizə gələn turistlər haqda danışırıq. Əsas məqsədimiz növbəti 5 il müddətində Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırılmasıdır. Eyni zamanda xidmət sahəsində çalışanların peşəkarlıq səviyyəsi artırılır. Bilirsiniz ki, Azərbaycanda 3 ulduzlu otellərin sayı o qədər də çox deyil. Bu da yalnız sərbəst sərmayəçilərin fəaliyyəti nəticəsində əmələ gəlməlidir. Artıq ölkəmizdə 4-5 ulduzlu mehmanxanaların sayı kifayət qədərdir. İndi sərmayəçilər daha çox 3 ulduzlu mehmanxana tikməyə üstünlük verirlər"

Nazir hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlər davam etdirildiyini vurğulayıb. Bildirib ki, hətta dünən bununla bağlı növbəti əmr də imzalayıb: "Monitorinqlər üç istiqamət üzrə aparılır. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir. Bununla da xidmətlərin keyfiyyətinə təkan verili

Bütün xəbərlər Facebook səhifəmizdə