İyulun 13-də Azərbaycan Dövlət Pantomima Teatrı mövsümü Bəhruz Əhmədlinin "Ora-bura" tamaşası ilə bağlayacaq. SİA-nın məlumatına görə, ideya müəllifli və quruluşçu rejissoru Bəhruz Əhmədli olan səhnə əsərinin musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, plastik həll üzrə rejissoru isə xalq artisti Bəxtiyar Xanızadədir.
Qeyd edək ki, avtobus dayanacağının təsviri ilə başlayan tamaşada hadisələr insanın iç dünyasındakı ayrı mənin gizli, gözəl və elə bir o qədər də axmaq arzularını ideal biçimdə göstərməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB