Bu günün tarixi

Miladi: 04 iyul 2014

Hicri: 06 ramazan 1435

İlin 185-ci günü

İlin sonuna 180 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04:45

Günəş - 06:15

Zöhr - 13:49

Əsr - 18:28

Məğrib – 21:31

İşa – 23:17

1187-ci ildə İslam komandiri Səlahəddin Eyyubi Hittində səlibçiləri darmadağın edib.

1546-cı ildə Osmanlı padşahı Sultan III Murad dünyaya gəlib.

1549-cu ildə Osmanlı dəniz naziri (Kaptanı Derya) Barbaros Hayrettin Paşa vəfat edib.

1776-cı ildə Amerika Birləşmiş Ştatları İstiqlal günü; Amerika Kongresi Britaniyadan müstəqilliyini elan edib.

1797 - Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan az öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu. Türk əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı. Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.

1810-cu ildə Fransa Amsterdamı işğal edib.

1848-ci ildə Karl Marks və Fridrix Engelsin yazdığı Kommunist Partiyasının manifesti nəşr edilib.

1918-ci ildə Osmanlı padşahı Sultan VI Mehmet taxta çıxıb.

1918-ci ildə bolşeviklər rus çarı II Nikolay və onun ailəsini qətlə yetirib.

1927-ci ildə İtalyan kinoaktrisası Cina Lollobricit dünyaya gəlib.

1934-cü ildə Radium elementini kəşfedən, 2 dəfə Nobel mukafatın sahibi Mariya Küri vəfat edib.

1946-cı ildə Amerika Birləşmiş Ştatları Fillipinin müstəqilliyini tanıyıb.

1992 - Azərbaycanın ordu hissələri Dağlıq Qarabağın şimalında aparılan əməliyyat gedişində Mardakert (Ağdərə) rayon mərkəzini erməni işğalçı qüvvələrindən azad ediblər. Rayonun böyük bir hissəsinin nəzarətə götürülməsi nəticəsində Azərbaycan Qarabağ müharibəsində mövqe üstünlüyü əldə etmişdi. Lakin hərbi-strateji baxımdan qeyri-peşəkar və darmacalda hazırlanıb həyata keçirilən əməliyyat tezliklə əks nəticə doğurdu. 1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu isə 1993-cü ilin fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi.

1992-ci ildə argentinalı bəstəkar Astor Piatzola vəfat edib.

1997-ci ildə NASA-nın yolladığı "Pathfinder" adlı araşdırma robotu Marsın səthinə endi.

2007-ci ildə türkiyəli aktyor və müğənni Barış Akarsu ağır yol nəqliyyat qəzası keçirdi və 5 gün sonra öldü.

Bütün xəbərlər Facebook səhifəmizdə