Qəbələdə “Hekayəti-xırs quldurbasan” tamaşası nümayiş etdirilib
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi bölgə tamaşaçıları qarşısında mütəmadi çıxış edirlər. SİA-nın məlumatına görə, teatrın kollektivi növbəti dəfə Qəbələ rayonuna səfər edib.
Qəbələ Mədəniyyət Mərkəzində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hekayəti – xırs quldurbasan" komediyası əsasında hazırlanmış tamaşa təqdim edilib.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Rolları aktyorlardan Şövqi Hüseynov, Natiq Fərzəliyev, Elnur Kərimov, Seyidşah Məmmədov və başqaları canlandırıblar.
Qeyd edək ki. yaradıcı heyətin çıxışı alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB