Eluca Atalının “Kərküklülər - təklənmiş Türklər” kitabının təqdimatı olub FOTOLAR
Bu gün Yazıçılar Birliyində yazıçı Eluca Atalının "Kərküklülər - təklənmiş Türklər" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində yazıçılar, şairlər, poeziya sevərlər, media nümayəndələri və başqaları iştirak ediblər.
Səbəbkarın "Kərküklülər –təklənmiş Türklər" kitabında müəllifin son bir neçə il ərzində yazmış olduğu ictimai-siyasi mövzuda məqalə, müsahibə və ədəbi esselərindən seçmələr toplanıb. Forma və janrından asılı olmayaraq, müəllif bütün əsərlərində əsas xətt kimi Quzey və Güney Azərbaycanın, türk dünyasının bugünkü durumu ilə bağlı ortaya çıxmış problemlərə davamçısı olduğu Asif Ata fəlsəfəsi və öz dünyagörüşü əsasında açıqlıq gətirməyə çalışıb. Bədii publisistik dildə yazılmış kitab dünyabaxışından asılı olmayaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın redaktoru əməkdar jurnalist Əntiqə Qonaqdır.
Həmçinin mərasimdə "Bir udum azadlıq" və "Gecikmiş oyuncaq" kitablarının da təqdimatı olub.
Nəzərinizə çatdıraq ki, satış üçün nəzərdə tutulan kitablar Güney Azərbaycanın Qaradağ vilayətində zəlzələ zamanı evsiz-eşiksiz qalmış soydaşlarımıza göndəriləcək.
Qeyd edək ki, Eluca Atalı 1966-cı il noyabrın 19-da Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. Asif Ata ocağının övladıdır. BDU-nun kitabxanaçılıq fakültəsini bitirib. On iki yaşından şeir yazmağa başlayıb. Ədəbiyyata yeni fəlsəfi-bədii miniatür janrını gətirib və bu janrda həmçinin hekayə, esse, mənsur şer, publisistika və janrında yüzlərlə əsəri öz vətənində və xaricdə çap olunub, həminin başqa dillərdə tərcümə olunub. Hal-hazırda İsveçdə yaşayır, evlidir, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə məşğuldur.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB