Nizami Kino Mərkəzi bu gündən etibarən rejissor Fil Lordun ekranlaşdırdığı "Maço və çoxbilmiş 2" və Ahmet Küçükkayalının "Bensiz" ("Mənsiz") filmlərinin nümayişinə başlayacaq. SİA-nın məlumatına görə, döyüş, komediya, kriminal janrında çəkilmiş "Maço və çoxbilmiş 2" filmi iki zabit - Şmidt və Cenkodan bəhs edir. Onları gizli əməliyyat keçirmək üçün yerli kollejlərin birində çalışmağa göndərirlər. Kollejdə Cenko futbol komandasında ruhuna yaxın biri ilə tanış olduqdan, Şmitd isə yüksək təbəqəli insanların arasına düşdükdən sonra aralarında olan dostluğa şübhə ilə yanaşmağa başlayırlar.
Film, yumor dolu anları ilə komediyasevərlərin yadında qalacaq.
Rollarda Çenninq Tatum, Cona Xill, Deyv Franko, Nik Offerman, Ays Kyub, Peter Stormare, Rob Riqql, Eşlin Makİvers, Riçard Qreko, Uayatt Rassell və başqaları çəkilib. Filmin yaş həddi: 16+
Türkiyə istehsalı olan "Bensiz" ("Mənsiz") filmi dram janrında çəkilib. Uşaqlıqdan futbol həvəskarı olan və bunu özünə sənət seçən Nəsib sevgilisi ilə əyləncəli həyat sürür. O, komandasını birinci liqaya çıxarmaq arzusundadır. Lakin, məqsədinə bir addım qalmış oyun zamanı aldığı zərbədən iflic keçirən gənc duyan və eşidən bir əşyaya çevrilir. Həyat onsuz davam etməyə başlayır.
Rollarda Metin Akdülger, Öykü Çelik, Burçin Abdullah və başqaları çəkilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB