Kukla Teatrı 28-ci mövsümünə yekun vurub

Kukla Teatrı 28-ci mövsümünə yekun vurub

Gəncə Dövlət Kukla Teatrı 28-ci mövsümünə yekun vurub. SİA-nın məlumatına görə, mövsüm dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşası ilə yekunlaşıb.

Hazırda kollektiv bir neçə yeni tamaşa üzərində işləyir. Aktyorlar yeni teatr mövsümündə "Ağ atlı oğlan", "Bir saatlıq xəlifəlik", "Şəngülüm, Məngülüm" və ilk dəfə olaraq dövlət sifarişi ilə hazırlanmış "Balaca şahzadə" tamaşaları ilə balacaların görüşünə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə