“Saz və balabanı erməni mənimsəməsindən qoruyaq” adlı layihə uğurla başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin (İB) həyata keçirdiyi "Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihə uğurla başa çatıb. SİA-nın məlumatına görə, layihə çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil edilib. Gənclərin bu sənət növləri barədə geniş məlumat əldə etmələri üçün ustad dərsləri təşkil olunub. Saz və balaban hazırlayan ustaların iştirakı ilə təlimlər keçirilib.
Layihənin icra olunduğu müddətdə bir neçə dildə ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən materiallar hazırlanaraq müxtəlif internet resurslarında yerləşdirilib. Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndərilib.
Aşıq sənətinin Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib və xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutub.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru İlqar İmamverdiyevin və fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun elmi monoqrafiyaları çap olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB