Bu günün tarixi

Miladi: 02 iyul 2014
Hicri: 4 ramazan 1435

İlin 183-cü günü
İlin sonuna 182 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:44
Günəş – 06:15
Zöhr – 13:44
Əsr – 18:28
Məğrib – 21:31
İşa – 23:18

455-ci ildə Vandallar Romaya girərək 2 həftə boyu bu şəhəri qarət etdilər.

1029-cu ildə İslam xəlifəsi Əl-Müstənsir Billah dünyaya gəlib.

1566-cı ildə həkim-kahin Mişel de Notrdam vəfat edib.

1877-ci ildə yazıçı Hermann Hesse dünyaya gəlib.

1882-ci ildə italyan inqlabçı Cüzeppe Qaribaldi vəfat edib.

1900-cü ildə Friedrichshafen, Almaniya yaxınlarında ilk Zeplin uçuşu həyata keçirib.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirliyi yaradılıb.

1924-cü ildə ABŞ konqressi ölkədə doğulan bütün vətəndaşlarına səs vermə hüququ versə də 1948-ci ilə qədər bir çox əyalətdə yerlilər bu hüquqdan məhrum edilib.

1924-cü ildə Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.

1941-ci ildə Türkiyə Cinayət məcəlləsinin 526-cı maddəsinə dəyişiklik edilərək ərəbcə azan ovuyanların cəzalandırılması irəli sürüldü.

1960-cı ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov anadan olub.

1961-ci ildə yazıçı Ernest Heminquey vəfat edib.

1964-cü ildə Fələstin Azadlıq Təşkilatı yaradılıb.

1977-ci ildə yazıçı Vladimir Nabokov vəfat edib.

1990-cı ildə Həcc ziyarətindəki Mina dağında baş vermiş izdihamda 1426 nəfər ölüb.

1993-cü ildə Türkiyənin Sivas şəhərindəki " Madımak " oteli terrorçular tərəfındən yandırılmış, bu vaxt oteldə olan 37 nəfər yanaraq ölüb.

1993-cü ildə türk yazıçı Asım Bezirci vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə