Almanlar çox sevdikləri sosiskanı unudurlar

Almanlar çox sevdikləri sosiskanı unudurlar

Dondurulmuş məhsul istehsalçılarından birinin – "Eismann" firmasının apardığı rəy sorğusunun nəticələri təsdiq edir ki, hər iki almandan biri məzuniyyət vaxtı xaricdə olarkən yerli mətbəxin təamlarından dadmağa üstünlük verir, hətta aclığını adət etdiyi qızarmış kolbasa və karri sousu ilə - populyarlığı Almaniya sərhədlərini çoxdan aşmış bir yeməklə dəf etmək imkanı olduqda belə.

DW yazır ki, şirkətin məzuniyyət dövrünün əvvəllində yayılmış mətbuat xülasəsində qeyd edilir ki, almanların 78 %-i xarici ölkələrə məzuniyyəti zamanı alman fastfudundan və Almaniya üçün səciyyəvi olan digər yeməklərdən tamamilə imtina edir. Hələ üstəlik, almanların təqribən dörddə bir hissəsi istirahət yeri seçərkən region mətbəxinin xüsusiyyətlərini nəzərə alır, daha doğrusu, başqa ölkələrin yeməklərindən dadmaq üçün məzuniyyətlərini burada keçirir.

Rəyi soruşulanların 43 %-i bildirmişdir ki, onlar səciyyəvi və orijinal dad axtarışında kiçik restoranlara, bazarlara, küçə dükanlarına və köşklərinə üstünlük verir, habelə yerli səhər yeməkləri verən otellər sifariş edirlər. Hər iki almandan biri məzuniyyətdən evə qayıdarkən özü və tanışları üçün xarici ərzaqlar, delikateslər gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə