“Misis və Mister Cəsəd”

Azərbaycan Dövlət YUĞ Teatrında Q.Q.Markesin "Dünyanın ən gözəl ölüsü" hekayəsi və "Gözlənilən bir qətlin tarixçəsi" povestinin motivləri əsasında hazırlanmış "Misis və Mister Cəsəd" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada rolları Amid Qasımov (Santyaqo Nasar ), Rasim Cəfər (Bayyardo San Roman), Könül Cəfərzadə (Anxela Vikario), əməkdar artist Yaqut Paşazadə (Luisa Santyaqo), Elgün Həmidov (Pedro Vikario), Təranə Ocaqverdiyeva (Marqot), Vüqar Hacıyev (Keşiş Amador) ifa edəcəklər. Tamaşanın quruluşçu rejissoru ƏR-Toğruldur.

Nəzərinizə çatdıraq ki, komediya janrında olan tamaşa 55 dəqiqə olacaq.

Qeyd edək ki, "Misis və Mister Cəsəd" tamaşası iyulun 2-si saat 18:00-da Dövlət YUĞ Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə