“Design Mena” jurnalında Heydər Əliyev Mərkəzi barədə məqalə dərc olunub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr edilən və ITP media holdinqinə daxil olan "Design Mena" jurnalında BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun "Heydər Əliyev Mərkəzi "İlin dizaynı-2014" mükafatını qazanmışdır" sərlövhəli məqaləsi dərc edilib. SİA-nın məlumatına görə, məqalədə Heydər Əliyev Mərkəzinin Londonun Dizayn Muzeyi tərəfindən təqdim edilən "İlin dizaynı-2014" mükafatını qazandığı qeyd olunur. Müəllif bildirir ki, Mərkəzin memarı Zaha Hadid son yeddi il ərzində bu mükafatı qazanan ilk qadın olub.
Heydər Əliyev Mərkəzinin xarici dizaynının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan müəllif yazır ki, memar Zaha Hadid özü də Mərkəzin onun ən gözəl işlərindən biri olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB