İordaniya mətbuatında Azərbaycan incəsənət ustalarının çıxışından bəhs edən yazılar dərc olunub
İordaniyada keçirilən "Jaraş" mədəniyyət və incəsənət festivalında iştirak edən Azərbaycanın incəsənət xadimləri-xalq artisti, xanəndə Mələkxanım Əyyubova, xalq artisti, tarzən Möhlət Müslümov və kamança ifaçısı Elnur Salahovun çıxışları barədə İordaniya mətbuatında, xüsusən də "Orobanews" saytında geniş şəkildə məlumat yerləşdirilib. SİA-nın Azərtac-a istinadən verdiyi məlumata görə, Azərbaycan musiqisinin iordaniyalılar tərəfindən çox böyük məmnunluqla qarşılandığını bildirən məqalə müəllifi, eyni vaxtda 3 müxtəlif yerdə iştirakçı dövlətlərin çıxışlarının olmasına baxmayaraq "Muğam triosu"nun çıxışını daha çoxsaylı tamaşaçının izlədiyini bildirib.
Bundan əlavə, İordaniyada həftəlik mühüm əhəmiyyətə malik olan mədəni tədbirlər barədə məlumat mərkəzi hesab olunan "Jordanian Events Guide" veb-saytında Azərbaycan incəsənət ustalarının çıxışlarının vaxtı və "Muğam triosu" haqqında məlumatı əks etdirən afişa yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB