“Milli mədəniyyət siyasəti: hədəf və perspektivlər” FOTOLAR

“Milli mədəniyyət siyasəti: hədəf və perspektivlər” FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin sektor müdiri Asif Usubəliyev cari ilin 30 iyun tarixində Yevlax şəhərində "Milli mədəniyyət siyasəti: hədəf və perspektivlər" mövzusunda təşkil olunan seminarda çıxış edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminarın keçirilməsində məqsəd strateji əhəmiyyət kəsb edən mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakının təmin edilməsi, mədəniyyət müəssisələri əməkdaşlarının nəzəri hazırlıq səviyyəsinin artırılması, habelə menecment bacarıqlarına yiyələnməsini təmin etməkdir.

300-dən artıq mədəniyyət işçisi sözügedən seminarda iştirak edib. Sonda mədəniyyət işçilərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Yevlax şəhəri "Milli mədəniyyət siyasəti: hədəf və perspektivlər" mövzusunda seminarların təşkil olunduğu sayca 20-ci bölgədir .

Bütün xəbərlər Facebook səhifəmizdə