Quba-Xaçmaz zonası üzrə keçirilən gənclərin folklor festifalı başa çatıb

Quba-Xaçmaz zonası üzrə keçirilən gənclərin folklor festifalı başa çatıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba-Xaçmaz zonası üzrə keçirilən gənclərin folklor festifalı başa çatmışdır. Quba şəhərinin mərkəzi meydanında təşkil olunmuş festifalda Qusar, Şabran və Xaçmazdan olan 10-dan artıq folklor qrupu və muğam ifaçıları milli rəqslərimizi və muğamlarımızı təqdim etmişlər.

Festival iştirakçıları tədbirin milli mədəniyyət nümunələrimizin təbliği və qorunub gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.

Qeyd olunmuşdur ki, bu kimi tədbirlər folklor qrupların gələcək fəaliyyət istiqamətlərinin formalaşması və yaradıcılıq imkanlarının genişlənməsi baxımından da vacibdir.

Festifalda Qubadan olan folklor kollektivi birinci yerə layiq görülmüşdür. Şabranlı gənclər ikinci, Xaçmaz təmsilçiləri isə üçüncü yeri qazanmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə