Goranboy rayonunda yerli və xarici turistlərə bölgənin tarixi və etnoqrafiyası barədə geniş məlumat vermək məqsədilə yeni turizm marşrutları müəyyən edilib. SİA-nın məlumatına görə, hər il rayona minlərlə yerli və xarici turist gəlir. Onların mənalı istirahətinin təmin olunması ilə yanaşı, rayon haqqında ətraflı məlumat toplamalarına şərait yaradılır.
Bununla bağlı yeni turizm marşrutları müəyyənləşdirilib və bu sahədə çalışan mütəxəssislərə verilib. Artıq cari ildən etibarən turistlər tarixi abidələrlə yanaşı, arxeoloji qazıntılar olan ərazilərə də aparılır. Onlar qazıntı zamanı bu ərazilərdə aşkar edilmiş kurqanlara maraqla tamaşa edir, alimlərin fikirlərini öyrənirlər. Hətta yadigar olaraq həmin ərazilərdə xatirə şəkilləri də çəkdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB