Arxeolji tədqiqatlar nəticəsində aşkar olunan qiymətli əşyaların təqdimatı keçirilib
İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun muzey sərgi zalında son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş qiymətli tapıntıların təqdimatı keçirilmişdir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, təqdimatda AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Vaqif Əliyev, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, digər rəsmi dövlət orqanlarının nümayəndələri, Fransa Milli Araşdırmalar Mərkəzinin arxeologiya üzrə baş mütəxəssisi professor Bertil Lyonet iştirak etmişlər.
İnstitutunun direktoru, tarix elmləri doktoru Mayisə Rəhimova qonaqlara İnstitutun nəzdindəki muzeyin tarixi barədə ətraflı məlumat vermişdir. Elmi nailiyyətləri əyani göstərən qiymətli artefaktları qonaqlara təqdim etmişdir.
Akif Əlizadə və digər qonaqlar təqdimat əsasında öz təəssüratlarını bölüşərək Maisə Rəhimovanın rəhbərliyi altında İnstitutun son dövrlərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş, Azərbaycan arxeologiyasının nümunələrinin Respublika və dünya elmi üçün yüksək dəyəri olduğunu qeyd etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB