Musiqili Teatrın bu mövsümdə son qastrol səfəri

Musiqili Teatrın bu mövsümdə son qastrol səfəri

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə - Şirvana yola düşəcək. Belə ki, iyulun 2-si Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində "Hərənin öz ulduzu" (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası nümayiş etdiriləcək.

Tamaşada əsas rollarda respublikanın xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev SİA-ya açıqlamasında bildirdi ki, keçirilən qastrol səfərinin məqsədi, yay mövsümü ilə əlaqədar olaraq bölgə əhalisinin mədəni istirahətini təşkil etmək, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları ilə canlı təmas yaratmalarını yüksək səviyyədə təmin etməkdir.

Qeyd edək ki, tamaşanın nümayişi saat 18:00-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə