26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı konsert təşkil olunub FOTOLAR
Hər il olduğu kimi 2014-cü ildə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı "N" hərbi hissəsində Şəhər İcra Hakimiyyəti və Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə əsgər və zabitlər üçün bayram konserti təşkil olunub.
Konsert çərçivəsində bu əlamətdar günün tarixi haqqında məlumat verildi, sonra yerli sənət ustaları, Girdəni folklor evinin rəqs kollektivi, Parakənd, Aşağı Nüvədi klub müəssisələrinin kollektivlərinin ifasında maraqlı konsert proqramı təqdim olundu. Tədbir bir saat davam etdi. Sonda hərbi hissənin komandanlığı çıxış edərək bayram tədbirinin təşkilinə görə Lənkəran Şəhər İcra hakimiyyətinə və Mədəniyyət və Turizm şöbəsinə öz minnətdarlığını bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB