Miladi: 27 iyun 2014
Hicri: 29 Şəban 1435
İlin 178-ci günü
İlin sonuna 187 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04:41
Günəş - 06:12
Zöhr - 13:47
Əsr - 18:27
Məğrib – 21:31
İşa – 23:19
E. ə. 209-cu ildə Böyük Hun imperatoru Mete xan taxta çıxıb
1693 - cü ildə Londonda ilk qadın jurnalı "The Ladies' Mercury" nəşr olunub
1893 - cü ildə Nyu York fond birjası iflasa uğrayıb
1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar.
1918 - Azərbaycan dili Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub
1921 - Azərbaycan K(b)P MK Ermənistanın Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı. Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyinin ilk cavabı idi.
1924 - Azərbaycanın Xalq artisti Məlik Dadaşov anadan olub
1967 -Londonda dünyanın ilk bankomatı istifadəyə verilib
1979 - Türkiyə Ağrı vilayətinin valisi inzibati binalarda çay içməyi qadağan edib
1985 - 27 iyun dünyada beynəlxalq balıqçılıq günü kimi qeyd olunur.
1991 - Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul edib. Yeni ittifaq müqaviləsinin imzalanmasıMoskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.
1991 - Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər. Bu, Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin azərbaycanlı yaşayış məntəqəsinə ilk böyük hücumu idi.
1993 - Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdərə 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini ələ keçirən ermənilər Ağdam şəhərinin bir neçə kilometrliyinə gəlib çıxıblar.
1998 - türkiyəli müğənni Kerim Tekin avtomobil qəzasında vəfat edib
2013 – Azərbaycanın Xalq artisti Səyavuş Aslan vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB