“5-ci Azərbaycan – Rusiya” forumunda dəyirmi masa keçirilib

“5-ci Azərbaycan – Rusiya” forumunda dəyirmi masa keçirilib

Qəbələ rayonunda keçirilən "5-ci Azərbaycan – Rusiya" regionlararası forumu çəçivəsində Heydər Əliyev Konqres Mərkəzində nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti və Rusiyanın turizm sənayesinin nümayəndələrinin iştirakı ilə "Turizm sahəsində yeni əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, moderatorluğunu Azərbaycan tərəfindən nazir müavini N.Səmədovun, Rusiya tərəfindən isə Turizm üzrə Federal Agentliyin sədr müavini Qriqori Sarişvilinin etdiyi görüşdə hər iki ölkənin turizm sənayesinin nümayəndələri, o cümlədənTurizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin müdiri Nahid Bağırov və başqaları iştirak edib.

Görüş çərçivəsində iki ölkənin turizm potensialı, turizm sahəsində mövcud və gələcək əməkdaşlıq formaları və s. kimi mövzular haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir zamanı bu cür görüşlərin gələcəkdə videokonfrans formasında da həyata keçirilməsi haqqında təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə