Bu gün Muzey Mərkəzində "Doğma yurdum Azərbaycan" devizi altında milli azlıqların IV Festivalı çərçivəsində "Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Camal Abdulla, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatları, media işçiləri və başqaları iştirak ediblər.
"Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir" mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə azsaylı xalqların mədəni irsinə, adət-ənənələrinə, milli mənəvi dəyərlərin qorunmasına göstərilən dövlət qayğısından söz açıb: "Azərbaycan rəhbərliyinin düzgün milli siyasəti nəticəsində ölkəmizdə milli azlıqlara öz mədəniyyətlərini və dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür imkan və şərait yaradılıb. Azərbaycanın bu sahədə qazandığı uğurların YUNESCO tərəfindən yüksək qiymətləndirilir. Hətta mötəbər beynəlxalq qurum tərəfindən bu sahədəki uğurlarımız digər ölkələrə bir təcrübə kimi tövsiyə olunur. Ölkə rəhbərliyi tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanıb və hazırda bu istiqamətdə mühüm işlər uğurla davam etdirilir".
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla "Azərbaycanda milli azlıqların mədəniyyətinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda məruzə ilə çıxış edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda Bilik Fondunun təsis edilməsi haqqında Fərmanı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncamı dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olub. Bu yaxınlarda Azərbaycanın bır sıra bölgələrinə səfər etmişəm. Görüşlər zamanı maraqlı hadisələrin şahidi oldum. Belə ki, ölkəmizdə əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan tolerantlıq mühitindən, milli mənəvi dəyərlərdən, respublikamızda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsindən, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanması üçün məqsədyönlü işləri aparılıb".
Sonra "Musiqi dünyası" jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin təqdimatı keçirilib.
Qeyd edək ki, məruzələrdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalizm ənənələrinin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB