“Bir ailədə” adlı fotosərgi açılıb

“Bir ailədə” adlı fotosərgi açılıb

Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş "Doğma yurdum Azərbaycan" devizi altında milli azlıqların IV Festivalı çərçivəsində "Bir ailədə" adlı fotosərgi açılıb. SİA-nın məlumatına görə, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, mili azlıq və etnik qrupların nümayəndələrinin qatıldıqları sərgidə 200-dən çox əsər nümayiş olunub.

Sərgidə, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların həyat tərzini, mədəniyyətini, incəsənətini, sənət dünyasını, adət-ənənələrini və tarixi keçmişini əks etdirən fotoşəkillər maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə