Muğam festivalı qaliblərinin yekun konserti olub FOTOLAR

Muğam festivalı qaliblərinin yekun konserti olub FOTOLAR

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirilib. SİA-nın məlumatına görə, bu gün Beynəlxalq Muğam Mərkəzində festival qaliblərinin mükafatlandırma mərasimi və yekun konserti olub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov çıxış edərək bu festivalın ikinci dəfə keçirildiyini bildirib: "Çalışırıq ki, belə festivalları davamlı olaraq keçirək. Həm də bu uşaqlara muğam sahəsinə daha ciddi yanaşmalarına stimul verəcək. Ölkəmizdə hər zaman digər sahələrə olduğu kimi, muğama da böyük qayğı göstərilir. Dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman mədəniyyətimizin tanıdılmasında və uğurlu inkişafında mühüm işlər görürlər".

Daha sonra digər münsiflər heyəti də çıxışlarında uşaqlara dəstək olmaqdan və onlara muğam sahəsində müəyyən biliklər yiyələnməsində paylarının olduğuna görə sevindiklərini diqqətə çatdırıblar.

Ardınca müsabiqədə qalib gələn iştirakçılara diploma və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, sonda beynəlxalq festivallar laureatı "Aypara" instrumental ansamblı müşayiəti ilə qaliblərin ifasında konsert proqramı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə