Gəncədəki Heydər Əliyev park-kompleksi ərazisində regionda analoqu olmayan yay və qış istirahət-əyləncə mərkəzi tikilir. SİA-nın məlumatına görə, ümumi sahəsi 8 hektar olan mərkəzin tikintisinə keçən ilin iyul ayından başlanılıb. Burada regionda ilk dəfə olaraq fırlanan ana və uşaq kafesi fəaliyyət göstərəcək. Bundan əlavə, məkanda 30 ədəd atraksion, hündürlüyü 50 metr olan bir ədəd dairəvi çarxla yanaşı, amerikan atraksionu da balacaların ixtiyarına veriləcək.
Mərkəzdə uşaqların marağına səbəb olacaq 60 ədəd heyvanat aləminə aid fiqurlar, 15 maşının olacağı avtodrom, 6 metr hündürlükdə hava doldurulmuş plasmas fiqurlar, balacalar üçün müxtəlif oyun meydancaları, 10 ədəd uşaq yelləncəyi, nağıl personajlarından ibarət şəhərcik də inşa edilir. İstirahət məkanında studia-park, sərbəst oyunlar, kiçik dünya, şən ailə, bol həyəcan, bol adrenalin və dinozavr adlı bölmələr də yaradılacaq.
Mərkəzə istirahətə gələn kinosevərlər üçün 6D kinoteatrnın tikintisi də nəzərdə tutulub. Əyləncə məkanında 10 ədəd at olmaqla ippodrom, futbol, voleybol və tennis meydançaları da fəaliyyət göstərəcək, 100 nəfərlik amfiteatr da olacaq.
Qeyd edək ki, mərkəzin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB