Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında IV Respublika Milli Azlıqlarının "Doğma yurdum Azərbaycan" festivalı çərçivəsində ikinci seçim turu keçirilib. SİA-nın məlumatına görə, teatrın səhnəsində Astara, Masallı, Şəki, Balakən və başqa rayonların talış və avar milli azlıqlarını təmsil edən yaradıcı kollektivlər çıxış ediblər. Onlar milli rəqslər ifa etmiş, Azərbaycan dilində və öz doğma dillərində xalq mahnıları oxuyublar.
Tamaşaçılar çıxışlar səmimi qarşılayıblar.
Qeyd edək ki, iyunun 25-də - festivalın son günündə Azərbaycan Dövlət Musiqili Teatrında milli azlıqların özfəaliyyət kollektivlərinin iştirakı ilə qala-konsert olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB