Görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev xalq yazıçısı Elçinin çoxcəhətli yaradıcılığı barədə yazdığı məqalələri keçən il "Elçin haqqında düşüncələrim" adlı ayrıca kitab kimi nəşr etdirmişdi. SİA-nın məlumatına görə, həmin kitab bu günlərdə Tehranda da çapdan buraxılıb.
Kitabı "Xudafərin" jurnalının baş redaktoru, doktor Hüseyn Şərqidərəcək–Soytürk tərcümə etmiş və nəşrə "Ön söz" yazıb. "Ön söz"də Elçinin yaradıcılığı və professor Qəzənfər Paşayevin xalq yazıçısı haqqında yazdığı silsilə məqalələr yüksək qiymətləndirilib.
Qeyd edək ki, xalq yazıçısı Elçinin indiyədək İranda Azərbaycan və fars dillərində üç kitabı çapdan çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB