Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümünə bölgələrdə yekun vuracaq FOTOLAR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 29-da Respublikamızın bölgələrinə qastrol səfərinə start verəcək. SİA-nın məlumatına görə, hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan teatr növbəti yay məzuniyyətinə getməzdən əvvəl "Azərbaycan Teatrlarının inkişafı haqqında" Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009 -2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq bölgələrimizdə yaşayan tamaşaçıların görüşünə gedəcək.
Yaradıcı heyət Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyası ilə iyun ayının 29-dan, iyul ayının 8-dək Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 86-cı teatr mövsümünə 2014-cü il iyulun 8-də Xaçmaz rayon Mədəniyyət sarayında yekun vuracaq.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB