Azərpaşa Nemətov yenidən ATXİ sədri seçilib

Azərpaşa Nemətov yenidən ATXİ sədri seçilib

Xəbər verdiyimiz kimi bu gün Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransı işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, xaric ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının XIII konfransında təşkilati məsələyə baxılıb. Konfransda xalq artisti Azərpaşa Nemətov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə